Almaniyadan Kremlə sərt cavab: Rusiyanın beş konsulluğundan dördü geri göndərilir

17:43 31 May 2023

Rusiya Almaniyadan ölkədə çalışan almanların sayını 350 nəfərlə məhdudlaşdırmağı tələb edib.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger isə   bu saya  səfirlik və konsulluqlarda çalışanlarla yanaşı, alman dilli məktəbləri və Rusiyadakı Höte İnstitutunda çalışanların da daxil olduğunu   bildirib.

Sitat.info xəbər verir ki, “Rusiya hökumətinin gərginliyi artıracaq addımlar atdığını” vurğulayan Burger bu əsassız qərarın Almaniya hökumətini Rusiyada bütün sahələrdə ciddi ixtisarlara getməyə məcbur etdiyini qeyd edib.

 Burger, Almaniyanın Rusiyadakı üç baş konsulluğunun noyabr ayının sonuna qədər bağlanacağına diqqət çəkib.

Yalnız Almaniyanın Moskvadakı səfirliyi və Sankt-Peterburqdakı Baş Konsulluğun xidmətə davam edəcəyini vurğulayan Sözcü Burger Kremlin cavabını da verib.  “Bu səbəbdən Almaniyada fəaliyyət göstərən 5 (Rusiya) baş konsulluğundan 4-nün fəaliyyət lisenziyasını geri götürməyə qərar verdik"- deyə Burger qeyd edib.  

Kristofer  Burger, qərarın Rusiya Xarici İşlər Nazirliyinə bu gün bildirildiyi deyib. Əlavə edib ki, Rusiyadan bu istiqamətdə işlərinə dərhal başlamalıdır, ən geci 31 dekabr 2023-cü ilə qədər tamamlamalıdır. 

 Nərgiz,

Sitat.info



Xəbər xətti