Rusiya, Azərbaycan və Ermənistan rəsmilərindən ibarət işçi qrupunun iclasında Azərbaycanla Ermənistan arasında sərhəd buraxılışı barədə texniki detallar müzakirə ediləcək.
Sitat.info xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
O, Zəngəzur yolu ilə bağlı müzakirələrdən də söz açıb:
“Burada pasport yoxlanışı, gömrük nəzarəti və beynəlxalq sərhədlərdə mövcud olan digər bütün nəzarət növləri tətbiq ediləcək. Bu gün tərəflər Azərbaycanın şərq rayonları ilə Naxçıvan arasında dəmiryolunun salınması danışıqlarına çox yaxınlaşıblar. Həmçinin Ermənistanın Naxçıvan, Zəngəzur, ümumilikdə Azərbaycan vasitəsilə Rusiya, İran və başqa ölkələrə gediş-gəlişi mümkün olacaq”.