Almaniya hökuməti Rusiyadan bu ölkədəki 4 baş konsulluğunun ilin sonuna qədər bağlanmasını istəyib.
Sitat.info xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger Berlində keçirilən mətbuat konfransında Rusiyanın aprel ayında Rusiyada alman personalının mövcudluğunu 350 ilə məhdudlaşdırmaq qərarına gəldiyini bildirərək, bu sayı səfirlik və konsulluqlarda çalışanlarla yanaşı, alman dilində çalışanlar da daxil olmaqla Rusiyadakı Höte institutunun da daxil olduğunu xatırladıb.
“Rusiya hökumətinin gərginliyi artıracaq addım atdığını” vurğulayan Burger bu əsassız qərarın Almaniya hökumətini Rusiyada bütün sahələrdə əhəmiyyətli ixtisarlara getməyə məcbur etdiyini qeyd edib.
Seymur Bənnayev
Sitat.info