Stoltenberq: "Kosovoya daha 700 əsgər yerləşdiririk"

22:39 31 May 2023

NATO-nun baş katibi Yens Stoltenberq Kosovodakı gərginliklə bağlı açıqlamasında deyib: “Qərbi Balkanlar üçün Əməliyyat Ehtiyat Qüvvələrindən daha 700 əsgər yerləşdirməyə qərar verdik”.

Sitat.info xəbər verir ki, Norveçin paytaxtı Osloda Müttəfiq Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısından əvvəl Kosovo ilə bağlı alınan qərarları mətbuata açıqlayan Stoltenberq: “NATO qüvvələri Kosovoda bütün vətəndaşlar üçün təhlükəsiz mühit təmin etmək üçün bütün lazımi tədbirləri görəcək. Biz Birləşmiş Millətlər Təşkilatının mandatlarına uyğun olaraq qərəzsiz hərəkət etməyə davam edəcəyik. Qərbi Balkanlar üçün Əməliyyat Ehtiyat Qüvvələrindən daha 700 əsgər göndərmək qərarına gəldik. Əlavə ehtiyat qüvvə batalyonunu da hazır vəziyyətə gətirmişik ki, ehtiyac yaranarsa, onlar yerləşdirilsin".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti