Fransa Prezidenti Makron: Putin NATO-nu elektroşokla oyatdı

23:01 31 May 2023

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinin NATO-nu elektroşokla oyandırdığını müdafiə edib.

Sitat.info xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Rusiya-Ukrayna müharibəsi və NATO ilə bağlı tənqidi açıqlamalar verib.

Makron Slovakiyanın paytaxtı Bratislavada keçirilən "Globsec" Təhlükəsizlik Konfransında verdiyi açıqlamada bir tərəfdən Qərbi Avropanın, digər tərəfdən Şərqi Avropanın olmadığını, tək Avropa olduğunu dəyərləndirib.

Fransa prezidenti qeyd edib ki, Avropanın Rusiyadan, xüsusilə enerji sahəsində asılılığı davam edir.

2019-cu ildə “NATO beyin ölümünün gerçəkləşdiyi" bəyanatını xatırladan Makron Putinin NATO-nu “elektroşok”la oyatdığını bildirib.

Makron Rusiyaya qarşı apardığı müharibədə Ukraynaya effektiv əks-hücum keçirməyə kömək etmək lazım olduğunu deyib.

“Əgər Rusiya Avropada sabitliyi pozmaqda israrlı olsa, bunun üçün geosiyasi bədəli ödəməyə hazır olmalıdır”, - Emmanuel Makron deyib.

Makron Ukraynaya etibarlı və konkret təhlükəsizlik zəmanətlərinin verilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Avropanın təhlükəsizliyini və sabitliyini amerikalı seçicilərin istəklərinə buraxa bilməyəcəyini qeyd edən Makron, NATO daxilində Avropa müdafiə qolunun yaradılmasının vacibliyini müdafiə edib.

Avropanın hərbi sahədə daha dominant olmasını istədiyini ifadə edən Makron, Avropanın öz təhlükəsizlik və qonşuluq məsələlərini təkbaşına həll etməli olduğuna diqqət çəkib.

Fransa prezidenti bildirib ki, Qərbi Balkanlar, Moldova və Ukrayna Avropa Birliyinə daxil edilməlidir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti