İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif nöqtələrində 33 fələstinlini nəzarətə götürdüyü bildirilir.
Sitat.info xəbər verir ki, Fələstinli Məhbuslar Klubundan verilən yazılı açıqlamaya görə, İsrail qüvvələri bu gün səhər də İordan çayının qərb sahilinin bir çox bölgəsində fələstinlilərə qarşı basqınlarını davam etdirib.
Bu çərçivədə İsrail qüvvələri 23-ü Beytləhmin Taku qəsəbəsindən olan ümumiyyətlə 33 fələstinlini nəzarətə götürüb.
İsrail tərəfindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.
Qeyd edək ki, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif ittihamlarla fələstinliləri nəzarətə götürür. Zaman-zaman basqınlara reaksiya verən Fələstin sakinləri ilə İsrail əsgərləri arasında toqquşmalar baş verir.
Seymur Bənnayev
Sitat.info