Rusiya güllə və mərmi ixracını qadağan edib

12:15 1 İyun 2023

Rusiya hökuməti ölkəyə güllə və mərmi ixracına müvəqqəti qadağa qoyub.

Sitat.info xəbər verir ki, Rusiyanın baş naziri Mixail Mişustinin imzaladığı fərmana əsasən, ölkədən güllə və mərmi ixracına məhdudiyyətlər qoyulub.

Fərmana əsasən, Rusiyanın güllə və mərmi ixracı ilin sonuna qədər müvəqqəti olaraq qadağan edilsə də, qadağa Rusiya ordusunun ehtiyaclarını ödəmək üçün ixracı əhatə etməyəcək.

Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan bəri Rusiya müxtəlif məhsulların, xüsusilə enerji, müxtəlif əmtəə və texnoloji məhsulların ixracına məhdudiyyətlər qoyub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti