"2022-ci ildə Azərbaycandan Türkiyəyə 700 min turist səfər edib. Bu rəqəmin qısa müddətdə 1 milyona çatacağını gözləyirik".
"Sitat.info" xəbər verir ki, bunu Türkiyə Otelçilər Dərnəyinin (TÜROB) sədri Müberra Eresin deyib.
"Ötən il xaricə gedən Azərbaycan vətəndaşlarının ilk seçimi Türkiyə olub, Türkiyədən Azərbaycana isə 315 min turist səfər edib. Bununla da, Türkiyə vətəndaşları Azərbaycana turist səfərlərinə görə ilk 5-likdə qərarlaşıb. Bu da Azərbaycanın Türkiyə turizmi üçün olduğu kimi, Türkiyənin də Azərbaycan turizmi üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Azərbaycan Türkiyədən daha çox turist qəbul etmək potensialı var. Bu mühüm potensialı reallaşdırmaq, qarşılıqlı turizm səfərlərinin sayını 1,85 milyon nəfərə çatdırmaq üçün azərbaycanlı həmkarlarımızla əməkdaşlıq edib, tanıtım işləri aparacağıq", - deyə o qeyd edib.