Rusiya: "Ukrayna ordusu Belqoroda raket zərbəsi endirib"

17:11 1 İyun 2023

Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukrayna ordusunun bölgəyə çoxbarrelli reaktiv yaylım atəşi sistemi ilə hücum etdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Qladkov öz Telegram kanalında Ukrayna sərhədinə yaxın yerləşən Belqorod vilayətindəki vəziyyətlə bağlı açıqlama verib.

Vəziyyətin pisləşdiyini deyən qubernator Qladkov: "Şebekino şəhərində gecə gərgin keçib. Ukrayna Silahlı Qüvvələri "Qrad" çoxbarelli raket sistemi ilə şəhərin mərkəzini və ətrafını vurub. Hücum nəticəsində 5 nəfər yaralanıb”, - deyib.

Hücum nəticəsində bəzi inzibati strukturlara və binalara ziyan dəydiyini qeyd edən Qladkov mülki əhalinin şəhərdən çıxarılması prosesinin davam etdiyini bildirib.

Ayna Fərhad

Sitat.info



Xəbər xətti