Azərbaycan və ABŞ arasında "yaşıl enerji"yə keçid layihələri müzakirə edilib.
"Sitat.info" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də bildirib.
"ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Payet ilə ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, Azərbaycanın energetika sahəsində irəli sürdüyü təşəbbüslər və yaşıl enerjiyə keçid istiqamətində həyata keçirilən layihələr barədə fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.