Almaniyadan Ukraynaya veto: "Üzvlükdən söhbət gedə bilməz"

17:55 1 İyun 2023

Rusiya ilə davam edən müharibədə NATO üzvü olmaq istədiklərini tez-tez təkrarlayan Ukraynanın istəyi Almaniya tərəfindən rədd edilib.

Sitat.info xəbər verir ki, Alaniyanın xarici işlər naziri Annalena Baerbok bildirib ki, Rusiya-Ukrayna müharibəsi davam edərkən, Ukraynanın NATO-ya üzvlüyündən söhbət gedə bilməz.

Osloda keçirilən NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində çıxış edən Baerbok Ukraynanın NATO-ya üzv olması ilə bağlı müzakirələri dəyərləndirib.

Hər bir ölkənin hansı ittifaqa girəcəyinə özünün qərar verə biləcəyini vurğulayan Baerbok, Ukrayna ilə NATO arasında əməkdaşlığın müharibə səbəbindən intensivləşdiyinə diqqət çəkib.

"NATO-nun hər zaman açıq şəkildə ifadə etdiyi açıq qapı siyasəti tətbiq edilir. Eyni zamanda, aydındır ki, biz müharibənin ortasında yeni üzvlükdən danışa bilmərik", - Baerbok deyib.

Bir il əvvəl İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Zirvə toplantısında Finlandiya və İsveçin ittifaqa daxil ola biləcəyinin açıq şəkildə ifadə edildiyini qeyd edən Baerbok: “Buna görə də İsveçi Vilnüsdə 32-ci üzv olaraq qarşılamağımız vacibdir", - deyib.

Baerbok bir daha qeyd edib ki, İsveç Almaniyanın NATO-ya üzvlüyünü tam dəstəkləyir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti