Rusiya ABŞ kəşfiyyatının minlərlə Apple telefonu üzərində həyata keçirdiyi casusluq əməliyyatının ifşa etdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, FSB-dən verilən açıqlamada, araşdırmalar nəticəsində ABŞ kəşfiyyat orqanlarının cib telefonları üzərindən həyata keçirdiyi casusluq əməliyyatının üzə çıxdığı bildirilib.
“Məxfi məlumatların toplanması ABŞ istehsalı olan mobil telefonlardakı proqram təminatının boşluqları vasitəsilə həyata keçirilib”, - Rusiya Xarici İşlər Nazirliyi bildirib. Nazirlik bəyan edib ki, “ABŞ kəşfiyyat xidmətləri onilliklər ərzində internet istifadəçilərinin məlumatlarından başqa irimiqyaslı məlumatları toplamaq üçün İT şirkətlərindən istifadə edir”.
Araşdırmalar nəticəsində ABŞ kəşfiyyat orqanlarının cib telefonları üzərindən həyata keçirdiyi casusluq əməliyyatının üzə çıxdığı bildirilib.
Apple telefonlarının təhlükəsizlik baxımından zəif nöqtələrindən istifadə edən yeni bir zərərli proqram növünün aşkar edildiyi iddia edilir. Sözügedən virusun minlərlə Apple telefonuna yoluxduğu iddia edilir.
Açıqlamada Rusiya, keçmiş Sovet İttifaqı ölkələri, o cümlədən NATO üzvləri, İsrail, Suriya və Çindəki xarici diplomatların telefonlarının virusla hədəf alındığı bildirilib.
"Rusiya kəşfiyyatının əldə etdiyi məlumatlar Apple ilə ABŞ kəşfiyyat orqanlarının, xüsusilə də ABŞ Milli Təhlükəsizlik Agentliyinin sıx əməkdaşlığını ortaya qoyur. Apple isə istifadəçilərin şəxsi məlumatlarının məxfiliyini qoruduğunu bəyan edib", - bəyanatda deyilir.
Nərgiz,
Sİtat.info