ABŞ Sudana sanksiya tətbiq edib

23:09 1 İyun 2023

ABŞ davam edən münaqişələr və münaqişələrdə iştirak edən aktyorlara viza məhdudiyyətləri və 4 Sudan şirkətinə sanksiya tətbiq etmək qərarına gəlib.

Sitat.info xəbər verir ki, aprelin 15-dən Sudanda ordu ilə yarımhərbi Çevik Dəstək Qüvvələri (ÇDQ) arasında qarşıdurmalar davam edərkən, ABŞ münaqişəni dayandırmaq üçün Sudana iqtisadi sanksiyalar və viza məhdudiyyətləri tətbiq etmək qərarına gəlib.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan verdiyi yazılı açıqlamada Sudanda davam edən qarşıdurmaların sona çatması lazım olduğunu vurğulayaraq: “Atəşkəs razılaşmasına baxmayaraq, ölkə daxilində mənasız zorakılıq davam etdi. Bu, humanitar yardımın çatdırılmasına mane olub və ən çox ehtiyacı olanlar zərər çəkib”, - deyə o bildirib.

ABŞ prezidenti Co Baydenin verdiyi fərmanla Sudana iqtisadi sanksiyalar və qarşıdurmada iştirak edən aktyorlara qarşı viza məhdudiyyətləri tətbiq ediləcəyini açıqlayan Sallivan qeyd edib ki, bu tədbirlər Sudanın sülh, təhlükəsizlik və sabitliyini pozan məsul şəxsləri məsuliyyətə cəlb etmək məqsədi daşıyır.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti