Türkiyənin müdafiə naziri azərbaycanlı uşaqlarla söhbət edib - FOTO

20:00 18 Mart 2022

Türkiyənin müdafiə naziri Hulusi Akar azərbaycanlı uşaqlarla söhbət edib.

SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat verib.

Bildirilib ki, nazir Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər və Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə 18 Mart Şəhidlər Günü və Çanaqqala Dəniz Zəfərinin 107-ci ildönümü münasibətilə keçirilən mərasimdən sonra şəhidlərin məzarlarını ziyarət edib, məzarları üzərinə qərənfillər qoyub.

Akar burada azərbaycanlı uşaqlarla şəkil çəkdirib və onlarla söhbət aparıb.



Xəbər xətti