Avropadan Rusiyaya qarşı birlik mesajı

12:03 2 İyun 2023

Avropa ölkələrinin liderləri Moldovada siyasi dialoq və əməkdaşlığın təşviqi və qitədə sabitliyin möhkəmləndirilməsi məqsədi ilə keçən il başlayan Avropa Siyasi Birliyinin (AST) ikinci iclasına toplaşıblar. Rusiyanın hücumlarını davam etdirdiyi bir mühitdə Ukrayna sərhədinin 20 kilometrliyindəki Mimi qalasında toplanan 49 lider "birlik, güc və tək ailə kimi hərəkət etmək əzmi" mesajı verib.

Sitat.info xəbər verir ki, ciddi təhlükəsizlik tədbirləri altında keçirilən və NATO-nun erkən xəbərdarlıq təyyarəsi "AWACS" tərəfindən müşayiət edilən sammitdə Ukrayna prezidenti Volodimir Zelenski də iştirak edib.

Rusiya və Belarus görüşə dəvət edilməyib. Yalnız liderlər səviyyəsində iştiraka açıq olan görüşə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da dəvət olunub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti