Avropa İttifaqı (Aİ) Rusiyanı “sürətləndirilmiş övladlığa götürmə” praktikası çərçivəsində qaçırılan uşaqları ailələrinə qaytarmağa çağırıb.
Sitat.info xəbər verir ki, Avropa İttifaqı Komissiyasının demoqrafiya üzvü Dubravka Suica və Ukraynanın Sosial Siyasət naziri Oksana Jolnoviç Aİ-nin dönəm prezidenti İsveçin paytaxtı Stokholmda keçirilən “Ukraynalı uşaqların müdafiəsi və Aİ dəstəyi” mövzusunda yüksək səviyyəli toplantıdan əvvəl mətbuata açıqlamalar verib.
"Rusiyanın hərbi cinayətlər siyahısına əlavə edilən ukraynalı uşaqların qanunsuz deportasiyasını və köçürülməsini qətiyyətlə pisləyirik. Rusiyanı "sürətləndirilmiş övladlığa götürməyə" son qoymağa və uşaqları Ukraynaya qaytarmağa çağırırıq", - Suica deyib.
Təxminən 1,3 milyon ukraynalı uşağın Aİ-yə sığındığını qeyd edən Suica, Aİ-nin Ukraynaya uşaq baxımı islahatlarında dəstək verəcəyini və bunun üçün 10 milyon avro ayrıldığını bildirib.
Ukraynanın sosial siyasət naziri Jolnoviç 7 milyon uşağın müharibədən təsirləndiyini, 16 minə yaxın uşağın Rusiya tərəfindən qaçırıldığını bildirib.
Seymur Bənnayev
Sitat.info