Qlobal istiləşmə səbəbiylə meşə yanğınları mövsümünün erkən başladığı Kanadada günlərdir davam edən yanğınlar səbəbindən təxminən 3 milyon hektar meşə sahəsinin yandığı açıqlanıb.
Sitat.info xəbər verir ki, yerli mətbuatın məlumatına görə, fövqəladə hallara hazırlıq naziri Bill Bleyer verdiyi açıqlamada Kanadadakı meşə yanğınlarının ölkənin bir çox bölgəsinə təsir etdiyini bildirib.
Blair, son 10 ildə meşə yanğınlarının orta hesabla may ayında cəmi 150 min hektar olduğunu, lakin bu il eyni dövrdə təxminən 3 milyon hektar meşə sahəsinin məhv edildiyini bildirib.
Kanadanın Nova Scotia bölgəsində bazar günündən bəri davam edən yanğınlara müdaxilə etmək üçün bölgəyə hərbi personalın göndərildiyini bildirən Bleyr, çalışan hər kəsin fövqəladə bir iş gördüyünü, lakin daha çox köməyə ehtiyac olduğunu vurğuladı.
Seymur Bənnayev
Sitat.info