Paşinyanın bu bəyanatı çox mühümdür - Peskov

17:19 2 İyun 2023

Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkəsinin Ukraynayla münaqişədə Rusiyanın müttəfiqi olmadığı barədə bəyanatını mühüm hesab edir.

Sitat.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Bilirik ki, Ermənistanın Ukrayna münaqişəsinə yanaşmasında müəyyən nüanslar var. Biz bunları nəzərə alırıq, izləyirik. Amma Ermənistanla konseptual müttəfiq münasibətlərimizi inkişaf etdirməyə də davam edirik”, - Peskov bildirib.



Xəbər xətti