ABŞ dövlət katibi Entoni Blinken, Rusiya-Ukrayna müharibəsində ABŞ-ın müttəfiqlərinin Kiyev administrasiyasını dəstəklədiyini bildirib.
Sitat.info xəbər verir ki, Blinken Rusiyanı işğalçı müharibənin bədəlini ödəməyə məcbur etdiklərini bildirib.
"Putinin Ukraynaya qarşı müharibəsi strateji uğursuzluqdur və Rusiyanın gücü , maraqları və təsiri bir neçə il ərzində kəskin şəkildə azalıb".
Finlandiyanın paytaxtı Helsinkidə çıxış edən Blinken NATO və ABŞ-ın Rusiya-Ukrayna müharibəsi ilə bağlı atdığı addımları qiymətləndirib: "Prezident Co Bayden Vladimir Putinə dedi ki, biz qarşılıqlı təhlükəsizlik problemlərimizi müzakirə etməyə hazırıq. Biz gərginliyi azaltmaq üçün yazılı təkliflər vermişik".
Müharibənin qarşısını almaq üçün hər cür cəhd etdiklərini ifadə edən Blinken bu sözləri əlavə edib: "Moskva üçün iki mümkün yol müəyyən etdik. Ukrayna, Rusiya və bütün Avropa üçün təhlükəsizliyi təmin edə biləcək bir diplomatik yol var, bir də daha ağır olacaq bir təcavüz yolu. Rusiya müharibəni seçdi: "Biz üç şey edirik. Ukraynaya dəstək veririk, Rusiyaya ağır bədəl ödədirik, müttəfiqlərimizi bu məqsədlər ətrafında toplayaraq NATO-nu gücləndiririik".
NATO-nun müdafiə birliyi olduğunu xatırladan Blinken NATO-nun qapısının yeni üzvlərə açıq olduğunu və açıq qalacağını bildirib.
Nərgiz,
Sitat.info