Terror təşkilatları ilə əməkdaşlıq edən Kılıçdaroğlunu nə gözləyir? - Sərdar Cəlaloğlunun şərhi (VİDEO)

18:34 2 İyun 2023

"Türkiyə qanunlarına və beynəlxalq hüquqa görə terrorist təşkilatlarla əməkdaşlıq etmək olmaz. Kılıçdaroğlu seçki dönəmində iki böyük terrorist təşkilatla - PKK və FETÖ ilə əməkdaşlıq etdi. Faktiki olaraq cinayətdir bu.

PKK və FETÖ ilə əməkdaşlıq edənlər Kılıçdaroğlu və onun tərəfdarları Türkiyədə necə qalacaq?

Bu sözləri sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.

S.Cəlaloğlu bildirdi ki, bu vəziyyət Kılıçdaroğlu tərəfdarlarının həbsinə səbəb olacaq:

"Türkiyə qanunları işə düşəcək. Seçkilər zamanı işə düşmədi, ona görə ki, toxunulmaz idilər. Qanun buna icazə vermirdi.

 O toxunulmazllıq da yoxdur. İndi Kılıçdaroğlu cavab verəcək. Bu da Kılıçdaoğlu tərəfdarları arasında həbslərin həyata keçirilməsinə gətirib çıxacaq. Bunların böyük əksəriyyəti Türk dövlətinin əleyhinə fəaliyyətlə məşğuldurlar".

Ayna,

Sitat.info 



Xəbər xətti