NATO baş katibi Yens Stoltenberqin 3-4 iyun tarixlərində Türkiyəyə səfər edəcəyini açıqlayıb.
Sitat.info xəbər verir ki, NATO-dan verilən yazılı açıqlamada NATO-nun baş katibi Yens Stoltenberqin 3-4 iyun tarixlərində Türkiyəyə səfər edəcəyi bildirilib.
Açıqlamada: “NATO-nun baş katibi Yens Stoltenberq 03-04 iyun 2023-cü il tarixlərində Türkiyəyə səfər edəcək. O, şənbə günü, iyunun 3-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək. Baş katib həmçinin prezident Ərdoğan və Türkiyənin yüksək rütbəli rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək", - deyə qeyd edilib.
Seymur Bənnayev
Sitat.info