İspaniyada mayın 28-də keçirilən yerli seçkilərdə əhalisi az olan 5 yaşayış məntəqəsində namizədlər bərabər səs topladığı üçün bələdiyyə sədrləri “qəpik atma” yolu ilə müəyyənləşib.
Sitat.info xəbər verir ki, İspaniyada yerli seçkilərin keçirildiyi 8131 yaşayış məntəqəsindən 5-də namizədlərə bərabər səslər verilib.
Ölkədəki seçki qanunlarına görə bərabərlik halında bələdiyyə sədri püşkatma yolu ilə müəyyən edilməli olduğundan əhalisi 550 ilə 2000 arasında olan bu yerlərdə bələdiyyə sədrlərini müəyyən etmək üçün sikkə atma üsulu tətbiq edilib.
Seymur Bənnayev
Sitat.info