"Toyota Prado" mikroavtobusla toqquşdu: xəsarət alanlar var

15:24 3 İyun 2023

Kürdəmirdə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var.

Sitat.info xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndindən keçən hissəsində qeydə alınıb.

"Toyota Prado" markalı avtomobilin sürücüsü İlham Hümbət oğlu Əliyev Kürdəmir istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn "Ford" markalı mikroavtobusla toqquşub.

Nəticədə mikroavtobusda olan iki nəfər - Ağsu sakinləri, 1992-ci il təvəllüdlü Orxan Xalid oğlu Həsənov, 1976-cı il təvəllüdlü Natiq Əli oğlu İmanzadə və "Toyota Prado"nun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti