"Nə qədər gec deyil canınızı qurtarın bu sənətdən, tik-toka girin...”- Kənan MM

15:34 3 İyun 2023

Bu gün rejisor və aktyor Kənan Mahmudov (MM) öz feysbuk heasabında maraqlı paylaşımı ilə diqqət çəkib.

“Sitat.info” həmin paylaşımı sizlərə təqdim edir:

“Mən o vaxt çox böyük qələt elədim “savaşçı” dizisindən ayrıldım. Elə bildim burda lazımam. Elə bildim öz vətənimin mədəniyyətinə xidmət eləməyə imkan yaradacaqlar. Daha bilmədim mən gələnə kimi büdcəni yeyəcəklər. 

Bilmədim TV kanal məndən serialın bir bölümünü, iki min manata çəkməyimi istəyəcək. Mən bilmədim kanallar yalnız öz və istedadsız adamlarına dəstək olacaqlar.

Mən bilmədim ögey rejissor kimi davranacaqlar və hələdə çox şeyi bilmirəm. Amma bir şeyi dəqiq bilrəm mən heçvaxt yaltaq olmayacağam.

Bu arada bütün mədəniyyət işçilərinə səslənirəm. Vallah billah, nə qədər gec deyil canınızı qurtarın bu sənətdən, tik-toka girin...”

Qeyd edə ki, rejisorun ötən günlərdə "Böyrəyimi satıram, Qarabağ haqqında film çəkmək üçün” statusu müzakirələrə səbəb olmuşdu.

Ayna Fərhad,

Sitat.info



Xəbər xətti