Ukrayna Baş Qərargahı bütün Luqansk və Donetsk vilayətlərini ələ keçirməyə çalışan Rusiya ordusu ilə son 24 saat ərzində 29 toqquşma baş verdiyini bildirib.
Sitat.info xəbər verir ki, Rəyasət Heyətinin sosial media hesabından edilən açıqlamada rusların ötən gecə Ukrayna ərazisinə hava hücumu təşkil etdiyi bildirilib.
Açıqlamaya görə, Rusiya ordusu hücumlarda qanadlı raketlərdən və İranın “Şahed” pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib: “Müdafiə qüvvələrimiz 6 qanadlı raketdən 4-nü, 8 PUA-dan 6-nı məhv edib”, - bəyanat daxil edilmişdir.
Açıqlamada rusların son 24 saat ərzində 14 raket və 40 hava hücumu təşkil etdiyi, Rusiya qüvvələrinin çoxsaylı reaktiv yaylım atəşi sistemləri ilə Ukrayna hərbçilərinin mövqe və yaşayış məntəqələrini 51 dəfə atəşə tutduğu qeyd edilib.
"Rusiya ordusunun əsas səyi Luqansk və Donetsk vilayətlərində işğalı başa çatdırmağa çalışmaqdır. Son 24 saat ərzində 29 hərbi toqquşma olub", - bəyanatda deyilir.
Rusiyanın Kupyansk, Liman, İvanivske və Marinka istiqamətlərindəki hücumlarının dəf edildiyi iddia edilən açıqlamada Rusiya ordusunun Zaporojya və Xerson istiqamətlərində müdafiə hərəkətlərini davam etdirdiyi məlumatı paylaşılıb.
Açıqlamada Ukrayna Hərbi Hava Qüvvələrinin rus əsgərlərinin cəmləşdiyi bölgələri 15 dəfə bombaladığı, rusların 6 kəşfiyyatçı PUA-nı məhv etdiyi, raket sistemi və 4 elektron döyüş stansiyasını vurduğu iddia edilib.
Seymur Bənnayev
Sitat.info