İsrail ordusu Misirlə sərhəddə baş verən qarşıdurma nəticəsində 3 əsgərinin həlak olduğunu olduğunu açıqlayıb.
Sitat.info xəbər verir ki, İsrail Ordusunun sözçüsü tərəfindən edilən yazılı açıqlamada deyilir: "Misir sərhədində açılan atəş nəticəsində 2 əsgər şəhid oldu, daha sonra sərhədə yaxın Paran Bölgəsi Briqada bölgəsində atəş açan təcavüzkarla qarşıdurmada üçüncü əsgər şəhid oldu. Bir əsgər də yüngül yaralanıb”.
Açıqlamada əsgərlərə atəş açan təcavüzkarın "Misir polisi" olduğu və İsrail əsgərinin atəşlə cavab verməsi nəticəsində öldürüldüyü bildirilib.
Hadisə ilə bağlı "Misir ordusu ilə tam əməkdaşlıq şəraitində araşdırma aparıldığı" vurğulanaraq, İsrail əsgərlərinin daha bir təcavüzkarın varlığı üçün bölgədə axtarışlarını davam etdirdiyi qeyd edilib.
Digər tərəfdən, İsrail Ordusu Radiosu hadisənin qaçaqmalçılarla qarşıdurma nəticəsində meydana gəldiyini bildirib.
Seymur Bənnayev
Sitat.info