Hindistanın Bihar ştatında tikilməkdə olan körpü uçub.
Sitat.info xəbər verir ki, Bihar ştatının Bhaqalpur rayonunda tikilməkdə olan "Aquwani-Sultanganc" körpüsü uçub. Rəsmilər hadisə nəticəsində ölən və yaralananların olmadığını bildirib.
Noyabr və ya dekabrda istifadəyə verilməsi gözlənilən körpünün Qanqa çayı üzərindən Xaqariya və Bhaqalpur bölgələrini birləşdirəcək. Körpünün hansı səbəbdən çökdüyü hələ məlum olmasa da, hadisə ilə bağlı araşdırma başladılıb. Körpünün uçduğu anlar ətrafdakı insanlar tərəfindən anbaan lentə alınıb.
Qeyd edək ki, ötən ilin aprelində körpünün bir hissəsi uçub.
Seymur Bənnayev
Sitat.info