Qırğızıstanda çevriliş planlaşdıran qrupa qarşı ölkə daxilində əməliyyatlar başlayıb. İlk məlumata görə, 110 əsgər və bürokrat saxlanılıb.
"Sitat.info" xəbər verir ki, Ölkə mətbuatında çıxan son dəqiqə məlumatlarına görə, Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi bu gün ölkədə dövlət çevrilişinə cəhd etdiyi aşkarlanan şəxslərə qarşı eyni vaxtda əməliyyatlara başlayıb.
Ölkənin müxtəlif bölgələrində keçirilən əməliyyatlar zamanı çevrilişdə iştirak etmək ehtimalı olan şəxslər saxlanılıb. İlk məlumata görə, 110 əsgər və bürokrat saxlanılıb.
Qırğızıstan mətbuatı əməliyyatın görüntülərini paylaşarkən ölkədə bir qruplaşmanın Caparov hökumətini devirməyə hazırlaşdığı bildirilib. Qırğızıstan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan şəxslərlə bağlı hələlik ətraflı məlumat verilməyib.