Priqojin: Kənd itirildi,Şoyqu, biabırçılıqdır!

14:46 5 İyun 2023

Rusiya ordusu Baxmutun şimal-qərbində yerləşən Berxovka kəndinə nəzarəti itirib.

"Sitat.info" xəbər verir ki, bunu “Vaqner”in rəhbəri Yevgeni Priqojin deyib.

Onun sözlərinə görə, Ukrayna ordusunun əks-hücumu nəticəsində ruslar Berxovkadakı yüksəklikləri itiriblər:

“Biabırçılıq! Şoyqu, Gerasimov, sizi cəbhəyə gəlməyə çağırıram. Siz bunu bacararsınız. Əgər bacarmasanız, o zaman qəhrəman kimi ölün”.



Xəbər xətti