Qazaxıstanda “4 İyun Dövlət Rəmzləri Günü” münasibətilə keçirilən tədbirlər çərçivəsində paytaxt Astanada ölkənin ən böyük bayrağının ucaldılması mərasimi keçirilib.
"Sitat.info" xəbər verir ki, Qazaxıstan Rəyasət Heyətindən verilən məlumata görə, prezident Qasım Cömərt Tokayev hərbi akademiyanı müvəffəqiyyətlə bitirən əsgərlərə dövlət bayrağının qaldırılması və zabit rütbələrinin təqdim edilməsi mərasimində iştirak edib.
CömərtTokayev buradakı çıxışında vurğuladı ki, dövlətin göy bayrağı, gerbi və dövlət himni ölkənin suverenliyinin əsas rəmzləridir.
Çətin günlərdə bayraq altında toplaşa bilən bir xalq olduqlarına diqqət çəkən Tokayev deyib: “Xalqımız öz qəhrəmanlığı və böyük zəhməti sayəsində öz suverenliyinə nail oldu. Bayrağımızın əbədi dalğalanması üçün çox çalışmalı, birliyimizi qorumalıyıq”.
Dövlətin əsas rəmzlərini hədəfə alan heç bir hörmətsizliyə yol verməyəcəklərini və buna görə də bu ildən cəzanı ağırlaşdırdıqlarını bildirən Tokayev: “Hər il gənc zabitlərimizə ölkəmizin ən böyük bayrağı altında hərbi rütbələrini təqdim edirik. Bayrağımızı gözümüz kimi qorumaq ümumi borcumuzdur. Əminəm ki, siz xalqımıza ürəkdən xidmət edəcəksiniz”, - çıxışında deyib.
Qeyd edək ki, Qazaxıstanın ən böyük bayrağı 2009-cu ildə Astanada "Atameken" etno-memorial kompleksinin qarşısında qaldırılıb. Bayraq hər il “4 iyun Dövlət Rəmzləri Günü” münasibətilə keçirilən tədbirlər çərçivəsində yenilənir və dövlət başçısının özünün iştirakı ilə qaldırılır.
Seymur Bənnayev
Sitat.info