Rusiyanın maddi itkisi açıqlanıb

18:12 5 İyun 2023

Rusiya Maliyyə Nazirliyi bildirib ki, may ayında neft və təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz azalaraq 570,7 milyard rubla (təxminən 7 milyard dollar) düşüb.

Sitat.info xəbər verir ki, Rusiya Maliyyə Nazirliyindən verilən yazılı açıqlamada iyun ayında neft və təbii qaz ixracından gözləniləndən 44 milyard rubl az gəlir əldə ediləcəyi bildirilib.

Açıqlamada ölkənin may ayında neft və təbii qaz ixracat gəlirlərinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 36 faiz azalaraq 570,7 milyard rubla, sözügedən dövrdəki gəlirlərinin isə apreldə 12 faiz azaldığı qeyd edilib.

Ötən il Rusiya büdcəsində sanksiyalara görə 3,3 trilyon rubl kəsir olduğu halda, Rusiya Maliyyə Nazirliyi büdcə kəsirini bağlamaq üçün öz ehtiyatlarından yuan və qızıl satır.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti