Pakistan və Türkiyə bir bədəndə döyünən iki ürək kimidir -   Şahbaz Şerif

19:56 5 İyun 2023

Pakistanın baş naziri Şahbaz Şərif Türkiyə ilə Pakistan arasındakı əlaqələrə toxunaraq, "Ölkələrimiz bir bədəndə döyünən iki ürək kimidir. Fərqli dillərdə danışsaq da, bir-birimizi ürəkdən anlaya bilirik. Məncə, bu, böyük bir fürsətdir"-deyib.

Pakistanın baş naziri Şahbaz Şərif Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi üçün getdiyi  Ankarada jurnalistlərə  danışıb.

Ölkəsindəki çətin iqtisadi vəziyyətin həlli üçün Beynəlxalq Valyuta Fondunun proqramını həyata keçirməyə çox ümid bağladıqlarını deyən deyib ki, proqram bütün şərtlərə uyğun olacaq. Pakistan bütün şərtləri yerinə yetirib.  BVF təsdiq etməsə sualına cavab verən Ş.Şərif Pakistan xalqının möhkəmliyini və cəsarətini vurğulayıb.

Şərif bildirib ki, Pakistan xalqı keçmişdə bir çox çətinliklərlə mübarizə aparıb və lazım gələrsə, “qənaət siyasəti” həyata keçirib yenidən ayağa qalxa bilər.

  “Bu problemlər əvvəlki hökumətin siyasətlərinin nəticəsidir, 2022-ci ilin avqustunda baş verən ölümcül daşqınlardır, inflyasiya problemi, 2022-ci ildə Pakistan hökumətin BVF razılaşmasını pozması səbəbindən demək olar ki, defolt vəziyyətində idi və iqtisadiyyat məhv oldu. Biz xalqımızın və dost ölkələrin dəstəyi ilə çətinliklərin öhdəsindən gələ bildik”
 Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi münasibəti ilə türk xalqını təbrik edən Şərif bunun gözəl bir nəticə olduğunu qeyd edib.

Şərif əlavə edib: "Qardaşım, xalqa xidmətə sadiq qalan, irəli fikirli bir lider olan prezident Ərdoğanla çox sıx işləyəcəyik. Ümid edirəm ki, qardaşlıq, uzlaşma və iqtisadi əməkdaşlıq baxımından əlaqələrimizi daha yüksək səviyyəyə qaldıracağıq. Ölkələrimiz eyni anda bir bədəndə döyünən iki ürək kimidir. Fərqli dillərdə danışsaq da, bir-birimizi ürəkdən anlaya bilirik. Məncə, bu böyük fürsətdir”.  

 Nərgiz,

Sitat.info

 



Xəbər xətti