Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sirskiy Baxmut istiqamətində irəlilədiklərini iddia edib.
Sitat.info xəbər verir ki, Sırski sosial media hesabında şərq cəbhəsindəki vəziyyəti dəyərləndirib.
Baxmut istiqamətində rusları məhv etməyə davam etdiklərini ifadə edən Sırski deyib: “Müdafiə qüvvələrimiz irəliləyir. Biz onları qurudan və havadan vururuq”.
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar da sosial media hesabında bildirib ki, Ukrayna qoşunları bu gün şərq cəbhəsində əks-hücum əməliyyatları keçirir.
Malyar bildirib ki, düşmənin şiddətli müqavimətinə, öz xətlərini və mövqelərini saxlamaq cəhdlərinə baxmayaraq, qoşunlarımız Оrіhоvо Vasilivka və Paraskoviivka istiqamətində 200-1600 metr, Іvanіvske-Klishiivka istiqamətində isə 100-700 metr irəliləyiblər.
Müdafiə nazirinin müavini Malyar qeyd edib ki, toqquşmalar davam edir.
Seymur Bənnayev
Sitat.info