Rusiya: "Belqoroda girməyə çalışan Ukrayna qüvvələrinin qarşısı alınıb"

21:37 5 İyun 2023

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov sərhəd çayını keçərək Rusiyanın Belqorod vilayəti ərazisinə daxil olmağa cəhd edən Ukrayna qüvvələrinin zərərsizləşdirildiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Konaşenkov Ukrayna hərbi birləşmələrinin Rusiya sərhədindəki Belqorod vilayətinə hücumları ilə bağlı açıqlamalar verib.

Ukrayna qüvvələrinin bu bölgəyə qarşı hərəkətlərini davam etdirdiyini bildirən Konaşenkov deyib: "Kiyev rejimi Rusiya Federasiyasının sərhəd bölgələrində dinc əhaliyə qarşı terror aktları törətmək cəhdlərini davam etdirir. Dünən Rusiya Silahlı Qüvvələrinin sərhədçiləri və Rusiya Təhlükəsizlik Xidməti (FTX), 2 Ukrayna terror qruplaşmasının Belqorod bölgədəki Novaya Tavolajanka ərazisinə daxil olmaq cəhdinin qarşısını alıb”.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti