Azərbaycan ilə BMT arasındakı münasibətlərin 30 illiyi, BMT-Azərbaycan tərəfdaşlığı ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərində qeyd edilir. Azərbaycan 1992-ci ilin martında BMT-yə üzv olub və 2 aydan sonra Şuşa Ermənistan tərəfindən işğal olunub. Bu dövr ərzində işğal altında olan Şuşa şəhəri dağıdılıb, viran edilib.
SİTAT.İNFO Azərtac-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi qeyd edib: “Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə nəticəsində digər şəhərlərimiz, digər ərazilərimiz kimi, Şuşa da azad edildi. Bu gün Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla bərabər, qarşıdan gələn dövr ərzində BMT-Azərbaycan münasibətlərinin müzakirə olunduğu diplomatik mərkəz rolunda çıxış edir. Bunun böyük siyasi, diplomatik, eyni zamanda, rəmzi mənası var”.