Latviya prezidenti Egils Levits Ukraynanın Xerson vilayətində yerləşən, lakin rusların nəzarətində olan Kaxovka Su Elektrik Stansiyasının bombalanması və dağıdılmasından sonra deyib: “Rusiyanın terrorizmi yeni ölçüyə çatıb”.
Sitat.info xəbər verir ki, Latviya prezidenti Egils Levits Twitter hesabından verdiyi açıqlamada hadisə ilə bağlı Rusiyaya reaksiya verib.
Su Elektrik Stansiyalarının (SES) partladılmasının kütləvi dağıntılara və ölümlərə səbəb olduğunu bildirən Levits: "Müvəqqəti xüsusi məhkəmə Rusiyanı məsuliyyətə cəlb edəcək. Hamımızın xatirinə Ukrayna bu müharibədə qalib gəlməlidir", - deyib.
Qeyd edək ki, Litva və Estoniya hökumətləri də Ukraynanın Rusiya üzərində qələbə qazanmasının vacibliyini vurğulayıblar.
Seymur Bənnayev
Sitat.info