Avropa Şurasının prezidenti Çarlz Mişel Ukraynadakı Kaxovka bəndinin vurulmasında Rusiyanı günahlandırıb və bunun hərbi cinayət olduğunu deyib.
Sitat.info xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel Ukraynanın cənubunda bəndin bombalanması ilə bağlı sosial şəbəkədə açıqlama verib.
Kaxovka bəndinə "bənzəri görünməmiş" hücumdan şoka düşdüyünü bildirən Mişel mülki infrastrukturların məhv edilməsinin müharibə cinayəti olduğunu vurğulayıb.
Seymur Bənnayev
Sitat.info