Ukrayna müharibəsi davam edərkən, Rusiyada ilk dəfə Vladimir Putinin ünvanına açıq tənqidlər mətbuatda yayılıb. Hakim “Vahid Rusiya” partiyasından Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib ki, Putinin Ukraynaya hərbi müdaxiləyə başlayarkən bəyan etdiyi məqsədlərin heç biri indiyədək yerinə yetirilməyib.
Sitat.info-nun xəbərinə görə, Zatulin deyib ki, müharibənin bu gün çatdığı nöqtə Rusiyanın özü üçün yeni risklər daşıyır.
“Prezident Putin Ukrayna əməliyyatına başlayarkən Ukraynanın nasistlərdən təmizlənməsini, Ukraynanın tərksilah edilməsini, Ukraynanın neytral qalmasını təmin edəcəyini, ölkəni və Donbas bölgəsində yaşayan rus xalqının təhlükəsizliyini qarşısına məqsəd qoymuşdu. Gördüyümüz kimi, bu bəndlərin heç biri həyata keçirilməyib. İndi içində olduğumuz proses qardaş və bacı hesab etdiyimiz rus və Ukrayna xalqlarını dərhal düşmən etməyə xidmət edir. Təəssüflə etiraf etməliyik ki, biz pis bir dairəyə daxil olmuşuq. Bu, Rusiyanın təhlükəsizliyinə yeni təhdidlər yaradır".
Nərgiz,
Sitat.info