Ukrayna: "Rusiya qüvvələrinin raket hücumu nəticəsində 13 nəfər yaralanıb"

12:10 6 İyun 2023

Rusiya qüvvələrinin Ukraynanın Dnepr şəhərinə raket hücumu nəticəsində 13 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski sosial media hesabında verdiyi açıqlamada Rusiya qüvvələrinin Dnepr şəhərinə hücum etdiyini bildirib.

Zelenski bildirib ki, hücum nəticəsində iki mərtəbəli evə ziyan dəyib.

Rusiya ordusunu Ukraynaya qarşı terror hücumları təşkil etməkdə ittiham edən Zelenski: "Ruslar dövlətimizə və xalqımıza qarşı törədilən hər şeyə görə məsuliyyət daşıyacaqlar", - deyib.

"Raket hücumu nəticəsində hazırda bizdə ümumilikdə 13 yaralı var. Bu uşaqlardan 3-ü 6, 11 və 15 yaşındadır", - Dnepr vilayətinin Dövlət Administrasiyasının rəhbəri Sergiy Lisak bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti