Qırğızıstanda dövlət çevrilişinə hazırlaşan 30-dan çox şəxs saxlanılıb

12:17 6 İyun 2023

Qırğızıstanda dövlət çevrilişi planlaşdıran 30-dan çox şəxs saxlanılıb.

Sitat.info xəbər verir ki, Qırğızıstanda Dövlət Milli Təhlükəsizlik Komitəsindən verilən yazılı açıqlamada bildirilib ki, ölkədə kütləvi etiraz aksiyaları və irimiqyaslı iğtişaşlar törətmək və hakimiyyəti ələ keçirmək üçün gizli hazırlıq görən bir qrup şəxsin qanunsuz fəaliyyəti aşkar edilərək qarşısı alınıb.

Bildirilib ki, əldə edilmiş məlumatlar, toplanmış audio və görüntülər əsasında cinayət işi başlanıb, məhkəmənin qərarı ilə bir sıra xüsusi istintaq işləri həyata keçirilib.

Çevrilişə hazırlaşan cinayətkar təşkilat bir ildir ki, bütün ölkə boyu qəsdən hakimiyyətə qarşı çıxanları toplayıb və dövlət çevrilişinə cəhdin başında duran şəxs siyasi partiyanın rəhbəri və vətəndaş fəalı N.R. olduğu açıqlanıb.

Bəyanatda N.R.-nin rəhbərliyi altında hökumətin əleyhdarları ilə mütəmadi görüşlərin keçirildiyi və bu görüşdə hakimiyyətin zorakılıqla ələ keçirilməsi planlarının müzakirə edildiyi, cinayət təşkilatının cəmiyyətin müxtəlif təbəqələrindən olan 100-dən çox üzvünün dağıdıldığı bildirilib. Cinayətkar təşkilatın xarici mənbələrdən maliyyə alacağının gözlənildiyi və hər hansı səbəbdən cəmiyyətdə iğtişaşlar yarananda dövlət çevrilişinə cəhd etməyi planlaşdırdıqları bildirilib.

Eyni vaxtda keçirilən əməliyyatlarda N.R. və ortaqları saxlanılaraq dindirilib. Onlar örətdikləri cinayətləri etiraf ediblər. Qeyd olunub ki, təşkilata məxsus və törətdikləri cinayətləri təsdiq edən sübutlar götürülüb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti