Talibandan qəribə qərar: Kişilərə görün nəyi qadağan etdilər...

12:27 6 İyun 2023

Əfqanıstandakı Taliban administrasiyası qadağalara birini də əlavə edib.

Sitat.info xəbər verir ki, indiyə qədər ancaq qadınlara qadağalar qoyan təşkilat indi də kişilər üçün üzünü qırxmağı qadağan edib. Bərbərlər qərara etiraz ediblər. 
Əfqanıstanda qadınların parka getməsi, kişisiz küçəyə çıxması, hətta məktəbə getməsi qadağandır. Taliban administrasiyası bu günə qədər kişilərə qarışmayıb, qadınların hüquqları isə bir-bir əlindən alınıb. İndi növbə kişilərdədir. Artıq Əfqanıstanda təraş etmək qeyri-qanunidir.

Taliban qərarı belə əsaslandırıb: “20 illik cəhalətdən sonra gənc nəsil təbii ki, bizim əmrlərimizdən üzüləcək. Amma başa düşmək lazımdır ki, zahiri görünüşümüz şəriətə uyğun olmalıdır. Biz müsəlman cəmiyyətindəyik və müsəlman olduğumuzu söyləmək üçün yaxşı müsəlman kimi görünməliyik”.

Heratın Elm və Fəzilət Departamentinin rəhbəri Əbdül Rəhman belə desə də, qərar onsuz da yoxsul cəmiyyətdə bərbərləri daha da yoxsullaşdırır. Digər tərəfdən, saqqal uzatmaq istəməyənlər də bu əməlin əleyhinədirlər.

Səid,

Sitat.info



Xəbər xətti