Fransada pensiya yaşının 2 il uzadılması ilə bağlı mübahisəli islahat əleyhinə bu gün 14-cü ümummilli kütləvi tətil və nümayişlər keçirilir.
Sitat.info xəbər verir ki, Fransada başda enerji və nəqliyyat olmaqla bir çox sektorun öndə gedən həmkarlar ittifaqlarının çağırışı ilə tətil və etirazlar başlayıb. Etirazlara 1 milyona yaxın insanın qatılacağı proqnozlaşdırılır.
Nümayişlər səbəbilə səhər saatlarından paytaxt Paris və ətrafında nəqliyyatın hərəkətində problem yaranıb.
Seymur Bənnayev
Sitat.info