Mayk Pens rəsmi olaraq ABŞ prezidentliyinə namizədliyini irəli sürüb

13:39 6 İyun 2023

Donald Trampın dövründə ABŞ-ın vitse-prezidenti olmuş Mayk Pens 2024-cü ildə keçiriləcək prezident seçkilərində rəsmən namizəddir.

Sitat.info xəbər verir ki, ABŞ-da gələn il noyabrın 5-də keçiriləcək prezident və Konqres seçkilərində seçki yarışı qızışır.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp və hazırkı prezident Co Baydendən sonra Tramp dövründə vitse-prezident olmuş Mayk Pens də prezidentlik yarışına qatılıb.

Bildirilib ki, Pens bu gün Federal Seçki Komissiyasına rəsmi müraciət edib. Respublika cəbhəsində namizədlik yarışına qatılan 63 yaşlı Pens çərşənbə günü ad günündə açılış tədbiri və ictimaiyyətə müraciət edən videoçarxla namizədliyini elan edəcək.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti