İran yeni hipersəs raketini təqdim etdi

13:44 6 İyun 2023

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hava-kosmik qüvvələri yeni “Fattah” hipersəs raketini təqdim edib. 

“Sitat.info” xəbər verir ki, bu barədə məlumatı “IRNA” yayıb.

Yeni raket 1400 km uçuş məsafəsinə malikdir. Bununla yanaşı, “Fattah” raketləri həm atmosfer daxilində, həm də xaricində manevrlər edə bilər. 

Raketin təqdimedilmə mərasimində ölkə Prezidenti İbrahim Rəisi də iştirak edib.

 



Xəbər xətti