Cənubi Koreya 4 Çin və 4 Rusiya döyüş təyyarəsinin Koreya Hava Hücumundan Müdafiə və Müəyyənləşdirmə Bölgəsinə (KADIZ) daxil olduğunu bildirib.
Sitat.info xəbər verir ki, "Yonhap"-un məlumatına görə, Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada Çin və Rusiya döyüş təyyarələrinin yerli vaxtla saat 11:52-13:49 aralığında KADİZ bölgəsinə daxil olduğu bildirilib.
Açıqlamada təyyarələrin Cənubi Koreyanın hava məkanını pozmadığı, sözügedən təyyarələrin bir-birinin ardınca bölgəni tərk etdiyi bildirilib.
Açıqlamada təyyarələrin KADİZ-ə girməzdən əvvəl aşkar edildiyi, ola biləcək qəzalara görə Hərbi Hava Qüvvələrinə aid təyyarələrin bölgəyə göndərildiyi qeyd edilib.
Maraqlıdır ki, 4 Rusiya və 4 Çin döyüş təyyarəsinin KADİZ-ə daxil olması Sinqapurda keçirilən "Şanqri-La" Dialoqu çərçivəsində görüşən ABŞ, Cənubi Koreya və Yaponiya müdafiə nazirlərinin üçtərəfli təhlükəsizliyi gücləndirmək barədə razılığa gəlməsindən sonra baş verib.
Seymur Bənnayev
Sitat.info