Ukrayna XİN: "Rusiya bunu əvvəlcədən planlaşdırıb"

15:24 6 İyun 2023

Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiya Kaxovka bəndinə hücumu gecə öncədən planlaşdırıb.

Sitat.info xəbər verir ki, Nazirlik açıqlamasında bu açıqlamaları verib;

“İyunun 6-na keçən gecə Rusiya Federasiyası Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisində, Nova Kaxovka şəhəri yaxınlığında yerləşən Kaxovka Su Elektrik Stansiyasının bəndini partladıb. Dnepr çayının hər iki sahilində onlarla yaşayış məntəqəsi daşqın təhlükəsi ilə üzləşib.

Milli Polis və Dövlət Fövqəladə Hallar Xidmətinin Xerson bölgəsindəki bölmələri mülki əhalinin potensial daşqın ərazilərindən təxliyəsi üçün təcili tədbirlər görür. Xerson rayonunun müvəqqəti işğal olunmuş sol sahilinin sakinləri həyəcan təbili çalır.

Biz Rusiya Federasiyasının Kaxovka SES bəndinin partlamasını Ukraynanın kritik infrastrukturuna qarşı terror aktı kimi qiymətləndiririk və bunun məqsədi mümkün qədər çox insan tələfatı və dağıntıdır. Kaxovka SES-də törədilən terror aktı Rusiya televiziyasında Xerson vilayətindəki işğalçı qüvvələr və təbliğatçılar səviyyəsində qızğın müzakirə olunub ki, bu da onun əvvəlcədən planlaşdırıldığına dəlalət edir".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti