Kaxovka SES yaxınlığındakı Yeni Kaxovka şəhəri su altında qalıb

16:10 6 İyun 2023

Ukraynada Kaxovka Anbarı və Su Elektrik Stansiyasının (SES) bombalanması və dağıdılması səbəbindən Yeni Kaxovka şəhəri su altında qalıb. Vətəndaşların bölgədən təxliyə edilməsi prosesi aparılır.

Sitat.info xəbər verir ki, Ukraynanın Xerson vilayətində rusların nəzarətində olan Kaxovka bəndinə bombardmanlar nəticəsində ciddi ziyan dəydiyi üçün Dnepr çayının su səviyyəsi sürətlə yüksəlib.

Bölgənin Yeni Kaxovka şəhərinin mərkəzini su basıb. Bölgədən çəkilən görüntülərdə suyun səviyyəsinin binaların ikinci mərtəbəsinə qədər qalxdığı görünür.

Rusiya hakimiyyəti təxminən 44 min əhalisi olan şəhəri və daşqından zərər çəkmiş Qolopristanskiy və Aleşi rayonlarını müharibədən əvvəl boşaltmaq qərarına gəlib.

Yeni Kaxovkanın rəsmisi deyilən Vladimir Leontiyev Kaxovka SES-in təmirinin mümkün olmadığını və yenidən tikilməsinə ehtiyac olduğunu bildirərək, bəndin ətrafında suyun səviyyəsinin 10 metri keçdiyini bildirib.

Kremlin sözçüsü Dmitriy Peskov elektrik stansiyasına dəyən ziyanın Ukraynanın təxribatı nəticəsində baş verdiyini iddia edərkən, Ukrayna hakimiyyəti insidentdə Rusiyanı günahlandırıb.

Seymur Bənnayev

Sitat.info

 



Xəbər xətti