Türkiyə NK-nın yeni tərkibdə ilk iclası başladı

16:34 6 İyun 2023

Bu gün Türkiyədə Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclası keçiriləcək.

Sitat.info xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda inflyasiyanın birrəqəmliyə endirilməsi, zəlzələ bölgələrində evlərin inşasının tez bir zamanda başa çatdırılması, 1 milyon suriyalı qaçqının geri qaytarılması və terrorla mübarizə məsələləri müzakirə ediləcək.

Bundan başqa, İsveçin NATO-ya daxil olma prosesi də müzakirə olunacaq mövzular siyahısında olacaq.

***

Türkiyədə Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclası başlayıb.

Bu barədə Türkiyə mediası məlumat yayıb.



Xəbər xətti