İyunun 6-da İranın Kirman şəhərinin həbsxanasında iki etnik bəluc edam edilib.
Sitat.info xəbər verir ki, bu barədə bəluc fəallar məlumat yayıblar.
40 yaşlı Malik Bəluc Mahani və 32 yaşlı Kambiz Bərzkarın narkotik maddələrin alverində günahlandırılırdılar.
Qeyd edək ki, son statistikaya əsasən, cari ilin ilk 5 ayında icra edilən edam cəzaları ötən ilin analoji dövrü ilə müqayisədə 76% artıb.