Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib ki, Kaxovka bəndinin vurulmasından sonra ölkədə 24 yaşayış məntəqəsi su altında qalıb. Fövqəladə Hallar Dövlət Xidməti Kaxovka Su Elektrik Stansiyasının qəzaya uğraması nəticəsində su basmış ərazilərdən 1300 nəfərin təxliyə edildiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Ukraynanın daxili işlər naziri İqor Klimenko televiziya proqramında gecə saatlarında Kaxovka Su Elektrik Stansiyasının (SES) vurulması nəticəsində Dnepr çayının sağ sahilində suyun səviyyəsinin 2 metrdən yuxarı qalxdığını bildirib.
Seymur Bənnayev
Sitat.info